MƏHSUL

KartonERP

Qofro karton istehsalı üçün tam idarəetmə həlli

Sifarişdən hazır məhsula, rulondan mənfəətə qədər hər şey bir sistemdədir. Müştəri sifarişindən başlayır, rulonun kəsimi və istehsalla davam edir, anbar, satış, borc və kassa ilə bitir. Hər addım sənədlə qeyd olunur və geriyə izlənə bilir.

17
iş bölməsi
9
hesabat növü
4
anbar tipi
İdarə paneli: ümumi göstəricilər, son sifarişlər və anbar dəyəri
İdarə paneli: ümumi göstəricilər, son sifarişlər və anbar dəyəri

Hər rəqəmin sənədi var

Anbardakı miqdar, müştərinin borcu, məhsulun maya dəyəri konkret sənədlərdən yığılır. «Haradan çıxdı?» sualının cavabı həmişə var.

Karton zavodu üçün

Rulon alan, kəsib qutu istehsal edən və müştəriyə satan müəssisə. Sistem məhz bu işə görə qurulub, başqa sahə üçün yazılmış ERP-nin uyğunlaşdırması deyil.

Hansı problemləri həll edir

ProblemSistemdəki həlli
Kəsim hesablaması əl ilə aparılır, səhv olurQutunun ölçüsündən list ölçüsü, metraj, kvadratura və rulon sərfiyyatı avtomatik hesablanır. Qofra dalğasının əmsalı nəzərə alınır.
Məhsulun həqiqi maya dəyəri bilinmirEyni mal fərqli qiymətə alınanda AVCO (orta çəkili) üsulu ilə hesablanır. Mədaxildəki əlavə xərc (gömrük, daşınma) sətirlərə payla bölünür.
Müştəri borcu dəftərdə, hansı qaiməyə aid olduğu qarışırÖdəniş köhnə qaimədən başlayaraq FIFO qaydası ilə bölünür. Qalıq borc və onun hansı qaimədə olduğu hər an görünür.
Anbar qalığı real vəziyyətlə uyğun gəlmirHər hərəkət sənədə bağlıdır. Qalığı sənədlərlə üzləşdirən alət var: fərqi tapır, göstərir və icazənizlə düzəldir.
Kimin nəyi dəyişdiyi bilinmirBütün dəyişikliklər loglanır: kim, nə vaxt, nəyi. Tarixçəsi olan qeydin silinməsi sistem tərəfindən bloklanır.
İstehsal planlaması: list ölçüsü, metraj və rulon sərfiyyatı avtomatik hesablanır
İstehsal planlaması: list ölçüsü, metraj və rulon sərfiyyatı avtomatik hesablanır

Zavodunuzda necə işləyəcəyini görün

Sistemi öz məlumatlarınızla göstərək. Müraciət edin, 24 saat ərzində cavab veririk.

Təqdimat digər dillərdə: English (PDF) · Deutsch (PDF)