MƏHSUL

Lombard İdarəetmə Sistemi

Lombard biznesinizi bir sistemdən idarə edin

Müştəri, girov, kredit, kassa və hesabatlar bir yerdədir. Faiz, cərimə və ödəniş cədvəli avtomatik hesablanır, müqavilə bir kliklə çap olunur, rəhbərlik hər filialın vəziyyətini real vaxtda görür.

1 klik
müqavilə, ödəniş cədvəli və qəbz çapı
Avtomatik
faiz, cərimə və qalıq borc özü hesablanır
Real vaxt
bütün filialların kassası və portfeli bir ekranda
Tam nəzarət
rollar, icazələr və hər əməliyyatın jurnalı
Dashboard: günün ümumi vəziyyəti
Dashboard: günün ümumi vəziyyəti

Lombardın gündəlik işi üçün hər şey

Kağız jurnal və Excel cədvəli əvəzinə.

Müştəri bazası

FİN, şəxsiyyət vəsiqəsi, 3 telefon, kredit tarixçəsi və qara siyahı. Qara siyahıdakı müştəriyə kredit verilmir.

Girov və kredit

Qızılın əyarı, çəkisi, daşsız çəkisi və şəkilləri. Annuitet ödəniş cədvəli dərhal hazırlanır.

Müqavilə və sənədlər

2 səhifəlik müqavilə, ödəniş cədvəli və girov qəbzi avtomatik doldurulur və çap olunur.

Kassa

Açılış və bağlanış, mədaxil-məxaric, tək və toplu kredit vermə, qəbz. Hər düzəliş tarixçədə qalır.

Ödəniş, faiz, cərimə

Gündəlik faiz və gecikmə cəriməsi avtomatik hesablanır. Qismən və tam ödəniş, cərimə güzəşti.

Girov satışı

Gecikmiş kreditin girovu satılır, kredit bağlanır, məbləğ kassaya avtomatik yazılır.

Çox filial

Hər filialın ayrıca kassası və VÖEN-i. Müştəri istənilən filialda ödəyə bilər, filiallar arası hesablaşma avtomatikdir.

Hesabatlar

Günlük və aylıq hesabat, gecikmiş kreditlər, bank və borc maliyyələşməsi, xalis nəticə.

Rollar və nəzarət

Kassir, kredit mütəxəssisi, zərgər və istənilən yeni rol. Kimin nə vaxt nə etdiyi jurnalda yazılır.

Kassa: günün bütün əməliyyatları
Kassa: günün bütün əməliyyatları

Niyə bu sistem?

  • Lombard üçün hazırlanıb — ümumi proqram deyil; real lombardın iş qaydaları əsasında qurulub.
  • Məlumat sizdə qalır — öz serverinizdə quraşdırılır.
  • Brauzerdə işləyir — kompüter, planşet və telefonda; qaranlıq rejim də var.
  • SMS xatırlatma — ödəniş tarixi yaxınlaşan və gecikən müştərilərə.
  • Çevik şərtlər — faiz, müddət və komissiya hər kredit üçün ayrıca təyin olunur.

Sistemi canlı görmək üçün bizimlə əlaqə saxlayın

Bütün imkanları sizin iş qaydalarınız üzərində göstərək.